...

Səudiyyə Ərəbistanı "Qatar Airways"i də ölkədən qovur

Dünya xəbərləri Materials 6 İyun 2017 14:54 (UTC +04:00)
Səudiyyə Ərəbistanı "Qatar Airways"i də ölkədən qovur.
Səudiyyə Ərəbistanı "Qatar Airways"i də ölkədən qovur

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi "Qatar Airways" aviaşirkətinin Krallıq ərazisində fəaliyyətinə verilən lisenziyanı geri çağırıb.

Trend-in məlumatına görə, İdarə şirkətin ölkədəki ofislərinin 2 sutka ərzində bağlanmasına göstəriş verib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti