...

Londonda yenə yaşayış binası yanır

Dünya xəbərləri Materials 16 İyun 2017 09:28 (UTC +04:00)
Londonun şərqində Şedvell rayonunda daha bir yaşayış binasında yanğın baş verib.
Londonda yenə yaşayış binası yanır

Bakı. Trend:

Londonun şərqində Şedvell rayonunda daha bir yaşayış binasında yanğın baş verib. Trend-in məlumatına görə, binadakı sakinlərdən yanğınla bağlı telefon zənglərindən dərhal sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində əməliyyat aparılır.

Yanğın yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Yanğının baş vermə səbəbləri məlum deyil. Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, bu yanğın 2 gün öncə Londonda yaşayış binasında baş vermiş və 17 nəfərin həyatına son qoymuş dəhşətli yanğının ardınca baş verib.

Xəbər lenti

Xəbər lenti