Bakı. Rufiz Hafizoğlu - Trend:
Yəməndə 2014-cü ildən davam edən silahlı münaqişə 11 250 insanın həyatına son qoyub.
Trend-in məlumatına görə, ölənlərin əksəriyyəti qadın və uşaqlardır.
SABA agentliyi yazır ki, təkcə 2017-ci ilin əvvəlində Yəməndə hərbi qarşıdurma nəticəsində 500-dən çox insan həlak olub.
2014-cü ildən etibarən ölkədə qaçırılan və itkin düşənlərin sayı 18 min nəfərə çatıb.