Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin G20 sammiti çərçivəsində görüşəcəklər.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O qeyd edib ki, görüş zamanı dövlət başçıları Suriya böhranının nizamlanması yollarını müzakirə edəcəklər.
Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.