...

Türkiyə bir sıra kimyəvi maddələrin idxalını məhdudlaşdırıb

Dünya xəbərləri Materials 5 Avqust 2017 15:11 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə zoman, zarin, tabun və iprit kimi kimyəvi maddələrin idxalını məhdudlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Rəsmi qəzet”i məlumat verib.

Məlumatda qeyd olunur ki, məhdudiyyət təhlükəsizlik məqsədləri ilə tətbiq edilib. Belə ki, məhz bu maddələr partlayıcıların hazırlanmasında istifadə olunur.

Bu maddələrin Türkiyəyə idxal olunması üçün bundan sonra Ticarət və Gömrük Nazirliyindən 90 günlük müddətə verilən lisenziya almaq tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti