...

İranda daşqınlar 12 nəfərin həyatına son qoydu (VİDEO)

Dünya xəbərləri Materials 12 Avqust 2017 11:25 (UTC +04:00)
İranın şimal-şərqində aramsız yağışların ardına güclü daşqınlar baş verib.
İranda daşqınlar 12 nəfərin həyatına son qoydu (VİDEO)

Bakı. Fərhad Daneşvər - Trend:

İranın şimal-şərqində aramsız yağışların ardına güclü daşqınlar baş verib. Trend-in məlumatına görə, daşqınlar ölkənin 2 əyalətində 12 nəfərin həyatına son qoyub. İranın Böhrana qarşı İdarə rəhbərinin sözlərinə görə, ölənlərdən 10 nəfər Xorasan, 2 nəfər isə Gülüstan əyalət sakinləri olub.

Bəzi İran KİV-ləri isə daşqınlar nəticəsində ölənlərin sayının daha çox, eləcə də itkin düşənlərin olması barədə məlumat yayıblar.

Qeyd edək ki, aprel ayında İranın şimal-qərbində daşqınlar nəticəsində 36 adam ölmüşdü.

Xəbər lenti

Xəbər lenti