...

"Aeroflot" 20 reysi təxirə saldı

Dünya xəbərləri Materials 14 Avqust 2017 09:50 (UTC +04:00)
"Aeroflot" aviaşirkəti "Şeremetevo" aeroportunda bu günə planlaşdırılmış 20 reysi təxirə salıb.
"Aeroflot" 20 reysi təxirə saldı

Bakı. Trend:

"Aeroflot" aviaşirkəti "Şeremetevo" aeroportunda bu günə planlaşdırılmış 20 reysi təxirə salıb. Trend-in məlumatına görə, aviaşirkət bu qərarı hava şəraiti ilə əlaqədar qəbul edib.

Bundan başqa, "Aeroflot" Varşava, Arxangelsk və Sıktıvkara olan reyslərin ləngiməsi barədə məlumat verib.

Qeyd edək ki, bu gün Moskva və Moskva ətrafında güclü küləklə müşayiət olunan aramsız yağışlar proznozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti