...

Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır

Dünya xəbərləri Materials 19 Avqust 2017 03:16 (UTC +04:00)

Bakı. Trend:

"Florence" asteroidi "NASA"nın bütün müşahidələr tarixində Yer kürəsinə doğru uçan ən böyük asteroid olacaq.

Trend-in məlumatına görə, asteroid sentyabr ayında Yer kürəsinin yanından keçəcək.

"NASA"nın məlumatına görə, 4,4 kilometr böyüklüyündə olan "Florence" asteroidi 1 sentyabr 2017-ci il tarixində Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.

Ekspertlər əminliklə bildirirlər ki, asteroidin Yer kürəsinə yaxınlaşması təhlükə kəsb etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti