Bakı. Trend:
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib.
Trend-in məlumatına görə, bu barədə onun vəkili deyib.
Vəkil əlavə edib ki, Ukrayna Miqrasiya Xidməti hələlik bu müraciətə cavab verməyib.
Xatırladaq ki, bir müddət əvvəl M.Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilmişdi.