...

Ermənistan hərbçisi əsgər yoldaşını güllələyib

Dünya xəbərləri Materials 20 Oktyabr 2017 20:03 (UTC +04:00)
Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.
Ermənistan hərbçisi əsgər yoldaşını güllələyib

Bakı. Trend:

Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.

Trend-in məlumatına görə, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti