...

Tillerson Myanma ordusunu Rakhayn ştatındakı böhranı həll etməyə çağırıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2017 07:28 (UTC +04:00)
ABŞ dövlət katibi Reks Tillerson və Myanma silahlı qüvvələrinin baş komandanı Min Aunq Hlaynq arasında telefon danışığı olub
Tillerson Myanma ordusunu Rakhayn ştatındakı böhranı həll etməyə çağırıb

Bakı. Trend:

ABŞ dövlət katibi Reks Tillerson və Myanma silahlı qüvvələrinin baş komandanı Min Aunq Hlaynq arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Tillerson Rakhayn ştatında baş verən zorakılıq aktları və humanitar böhranla bağlı öz narahatlığını bildirib.

R.Tillerson Myanma silahlı qüvvələrini və təhlükəsizlik xidmətini Rakhayn ştatında zorakılığın dayandırılması istiqamətində hökumətin gördüyü işləri dəstəkləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti