Bakı. Rufiz Hafizoğlu - Trend:
İran Parlamentinin spikeri Əli Laricani Asiya Parlament Assambleyasının X iclasında iştirak etmək üçün İstanbula gəlib.
Bu barədə Trend-ə Türkiyə Parlamentindən məlumat verilib.
Məlumata görə, bu gün İstanbulda keçirilən Asiya Parlament Assambleyasının X iclasında iştirak etməklə yanaşı, Ə.Laricaninin türkiyəli həmkarı ilə görüşü də gözlənilir.
Qeyd edək ki, Asiya Parlament Assambleyasının X iclası İstanbulda 21-24 noyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, Asiya Parlament Assambleyasının IX iclası 2016-cı ildə Kambocada keçirilib.