...

Banqladeş də AES-ə sahib olacaq - Rusiyanın köməkliyi ilə

Dünya xəbərləri Materials 30 Noyabr 2017 10:32 (UTC +04:00)
Bu gün Banqladeşdə ilk Atom Elektrik Stansiyasının (AES) beton təməli qoyulub.
Banqladeş də AES-ə sahib olacaq - Rusiyanın köməkliyi ilə

Bakı. Trend:

Bu gün Banqladeşdə ilk Atom Elektrik Stansiyasının (AES) beton təməli qoyulub. Trend-ni məlumatına görə, "Ruppur" AES-in ilk beton təməli 1 saylı enerji bloku üçün qoyulub.

AES Banqladeşin Pabna mahalında inşa edilir. Stansiyanın inşası Rusiyanın köməyi ilə aparılacaq.

Təməlqoyma mərasimində Banqladeşin baş naziri Şeyd Xasina Vazed, "Rosatom" korporasiyasının baş direktoru Aleksey Lixaçyev və digər mötəbər şəxslər iştirak ediblər.

"Ruppur" AES-in açılışı 2023-cü ilə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti