Bakı. Trend:
Vaşinqton yaxın günlərdə Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı qərarını açıqlamaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə mətbuata Ağ Ev rəsmisi deyib.
"Hər halda müvafiq qərar bu gün qəbul edilməyəcək. Biz bu barədə sizə yaxın günlərdə məlumat verəcəyik", - deyə o bildirib.