...

Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü - "dövlət çevrilişi"

Dünya xəbərləri Materials 5 Dekabr 2017 12:47 (UTC +04:00)
Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.
Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü - "dövlət çevrilişi"

Bakı. Trend:

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib.

Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanları əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti