...

Aİ sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Dünya xəbərləri Materials 15 Dekabr 2017 00:11 (UTC +04:00)
Aİ-nın üzv ölkələrinin başçıları cümə axşamı günü Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul ediblər.
Aİ sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Bakı. Trend:

Aİ-nın üzv ölkələrinin başçıları cümə axşamı günü Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Aİ Şurasının prezidenti Donald Tusk bildirib.

"AB Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını yekdilliklə dəstəkləyir", deyə Tusk özünün Tvitter səhifəsində yazıb.

AB Rusiyaya qarşı 2014-cü ilin yayında Ukraynadakı münaqişə fonunda iqtisadi məhdudlaşdırıcı tədbirlər tətbiq edib və daha sonra onları genişləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti