...

Türkiyə Prezidentinin sözçüsü: İƏT-in sammiti ABŞ-ın Qüdslə bağlı qərarına cavab deyil

Dünya xəbərləri Materials 15 Dekabr 2017 10:58 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının sammitinə ABŞ-ın Qüdslə bağlı qərarına cavab qismində baxmaq lazım deyil.
Türkiyə Prezidentinin sözçüsü: İƏT-in sammiti ABŞ-ın Qüdslə bağlı qərarına cavab deyil

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması barədə qərarın qəbul edildiyi İslam Əməkdaşlıq Təşkilatının sammitinə ABŞ-ın Qüdslə bağlı qərarına cavab qismində baxmaq lazım deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O qeyd edib ki, əksər müsəlman ölkələri, o cümlədən Türkiyə Şərqi Qüdsü Fələstinin paytaxtı olduğunu qəbul edir: "Şərqi Qüdsdə Türkiyə konsulluğu da fəaliyyət göstərir".

Xatırladaq ki, dekabrın 13-də İstanbulda İƏT-in Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti