...

Şimali Koreya təmsilçiləri olimpiadada 4 idman növü üzrə yarışacaqlar

Dünya xəbərləri Materials 18 Yanvar 2018 10:18 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikasının təmsilçiləri Pxönçhanda keçiriləcək Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə yarışacaqlar.
Şimali Koreya təmsilçiləri olimpiadada 4 idman növü üzrə yarışacaqlar

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) təmsilçiləri Pxönçhanda keçiriləcək Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə yarışacaqlar.

Trend-in məlumatına görə, bunu Koreya Respublikası Milli Olimpiya Komitəsinin sədri Li Hi Bom deyib.

O bildirib ki, Şimali Koreya idmançıları fiqurlu konkisürmə (cütlüklər arasında), dağ xizəyi, xizək yürüşü və qadın hokkeyində qüvvələrini sınayacaqlar: "Müvafiq razılıq ötən gün işçi səviyyəsində aparılan danışıqlar zamanı əldə olunub".

Bundan əvvəl KXDR və Cənubi Koreyanın qadın hokkeyçilərdən ibarət yığmalarının vahid komandada çıxış edəcəyi bildirilirdi.

Ümumilikdə Şimali Koreyanın olimpiadada neçə idmançı ilə çıxış edəcəyi hələ açıqlanmır.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində Koreya Respublikasının Pxönçhan şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti