...

Jirinovski Trampı Rusiyaya dəvət etdi və rus pəhrizi təklif etdi

Dünya xəbərləri Materials 18 Yanvar 2018 17:28 (UTC +04:00)
Rusiya Liberal-Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski ABŞ Prezidenti Donald Trampı Rusiyaya, antixolesterin pəhrizinə oturmağa dəvət edib
Jirinovski Trampı Rusiyaya dəvət etdi və rus pəhrizi təklif etdi

Bakı. Trend:

Rusiya Liberal-Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampı Rusiyaya, antixolesterin pəhrizinə oturmağa dəvət edib.

Trend-in məlumatına görə, siyasətçi bu barədə Moskvada jurnalistlərə deyib.

V.Jirinovski qeyd edib ki, D.Tramp orqanizmində xolesterinin səviyyəsini azaltmaq istəyirsə, rus pəhrizinə başlaya bilər

O deyib: “Mən o gün baxdım, Trampla mənim göstəricilərimiz eynidir. O, xolesterinə qarşı dərman qəbul edir, məndə də eyni problemdir. Əgər o, bura gəlmək istəsə, ona elə rus pəhrizi məsləhət görərik ki, xolesterinin səviyyəsini azaldar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti