Bakı. Trend:
Düsseldorf hava limanında təyyarənin qeyri-adi şəkildə enməsi sosial şəbəkə istifadəçilərini qorxudub.
Trend-in RİA Novosti-yə istindən verdiyi məlumata görə, enən Bolonyadan yola düşən "Eurowings" aviaşirkətinin təyyarəsi olub. O, "Friderike" qasırğası zamanı eniş edib. Qeyd olunur ki, bəzi hallarda küləyin sürəti 110 km/s çatırdı.
Sosial şəbəkə istifadəçiləri videoya şərhlərdə şturmanı "əfsanə" adlandırıblar.