...

Qara dənizdə qəzaya uğrayan, içərisində azərbaycanlıların da olduğu gəmi Türkiyəyə məxsusdur

Dünya xəbərləri Materials 1 Fevral 2018 11:00 (UTC +04:00)
Qara dənizdə Krım sahillərində zədə almış quru yük gəmisi "Sahil" Türkiyənın gəmi şirkətinə məxsusdur.
Qara dənizdə qəzaya uğrayan, içərisində azərbaycanlıların da olduğu gəmi Türkiyəyə məxsusdur

Bakı. Trend:

Qara dənizdə Krım sahillərində zədə almış quru yük gəmisi "Sahil" Türkiyənın gəmi şirkətinə məxsusdur.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin Krım üzrə rəhbəri Vladimir İvanov deyib.

Məlumata görə, gəminin göyərtəsində 12 nəfər olub. Heyət üzvləri Feodosiya şəhərinə təxliyə olunub, xəsarət alan yoxdur.

V.İvanovun sözlərinə görə, Moldova bayrağı altında üzən gəmi Türkiyə istiqamətində hərəkət edirmiş. Hərəkətdə olarkən gəminin göyərtəsində zədə olduğunu aşkar edərək Fedosiya şəhər limanına bu barədə məlumat veriblər.

Göyərtədə olanlardan 8 nəfərin Ukrayna, 4 nəfərin Azərbaycan vətəndaşları olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti