Bakı. Trend:
“Ripple” kriptovalyuta servisinin keçmiş baş direktoru Kris Larsen ən zəngin kriptovalyuta biznesmeni olub.
Trend bu barədə “Forbes” jurnalının yeni reytinqinə istinadən məlumat verir.
Qeyd olunur ki, onun varidatı 8 milyard dollara yaxın dəyərləndirilir.
Siyahıda ikinci yerdə “Ethereum” kriptovalyutasının yaradıcısı Cozef Lavin qərarlaşıb. Onun sərvəti 5 milyard dollara yaxındır.
Siyahıda ilk üçlüyü “Binance” kriptovalyutasının təsisçisi, 2 milyard sərvətə malik Çanpen Çhao qapayır.