Bakı. Trend:
Peru polisi xüsusi əməliyyat nəticəsində yarım ton kokaini dövriyyədən çıxarıb.
Trend-in məlumatına görə, əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.
Kokain paytaxt Limanın cənubunda yerləşən anbarlardan birində sisternin içərisində aşkar olunub.
Narkotik vasitənin ABŞ-a göndəriləcəyi planlaşdırılırmış.
Qeyd edək ki, bu ilin əvvəlindən Peruda 8,6 ton narkotik vasitə dövriyyədən çıxarılıb.