...

Keçmiş diktator vəfat etdi

Dünya xəbərləri Materials 2 Aprel 2018 01:01 (UTC +04:00)
Qvatemalanın keçmiş diktatoru Xose Efrain Rios Montt 91 yaşında vəfat edib
Keçmiş diktator vəfat etdi

Bakı. Trend:

Qvatemalanın keçmiş diktatoru Xose Efrain Rios Montt 91 yaşında vəfat edib.

Trend-in verdiyi xəbərə görə, bu barədə onun vəkili məlumat yayıb.

Məlumata əsasən, Montt ürək tutmasından dünyasını dəyişib.

Rios Montt 1982-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib və 1983-cü ilədək Qvatemala prezidenti vəzifəsini tutub.

Daha sonra o hərbi cinayətlərin törədilməsində ittiham olunaraq məhkəməyə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti