Bakı. Trend:
Müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan tərəfdarlarından hakimiyyətlə danışıqlar üçün ona səlahiyyətin verilməsini istəyib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha əvvəl Nikol Paşinyan Yerevanda Respublika meydanında Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb.
Müxalif deputat bildirib ki, danışıqların mövzusu yalnız baş nazirin istefası ola bilər.
Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.