...

Liviyada terror aktı - Hərbçilər həlak olub

Dünya xəbərləri Materials 8 May 2018 19:29 (UTC +04:00)
Liviyanın şimalındakı Sirt şəhərində avtomobilin partladılması nəticəsində iki hərbçi həlak olub
Liviyada terror aktı - Hərbçilər həlak olub

Bakı. Trend:

Liviyanın şimalındakı Sirt şəhərində avtomobilin partladılması nəticəsində iki hərbçi həlak olub.

Trend-in məlumatına görə, intiharçı terrorçunun sükanı arxasında oturduğu avtomobil Liviya ordusuna məxsus nəzarət-buraxılış məntəqəsinə çırpılıb.

Partlayış nəticəsində daha 3 hərbçi yaralanıb. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti