Bakı. Trend:
Fələstin kimyəvi silah üzrə konvensiyaya qoşulmaq üçün sənədləri təqdim edib.
Trend-in məlumatına görə, bu barədə Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilatından bildiriblər.
Təşkilatdan verilən məlumata görə, konvensiya Fələstin üçün 2018-ci il iyunun 16-dan qüvvəyə minəcək.
Qeyd edək ki, hələ ötən ilin dekabrnda Fələstinin konvensiyaya qoşulmaq üçün müvafiq təşkilata sənədləri təqdim edəcəyi deyilirdi.