Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bunu rusiyalı prezidentin mətbuat katibi Dmitriy Peskov təsdiq edib.
Qeyd edək ki, daha öncə Türkiyə KİV-ləri iki ölkə lideri arasında telefon danışığı olması barədə xəbər yaymışdı. Məlumata görə, türkiyəli dövlət başçısı rusiyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib.
Bundan başqa telefon söhbəti zamanı ikitərəfli münasibətlərin, eləcə də energetika sahəsində layihələrin realizəsi məsələsinin də müzakirə olunduğu bildirilib.