...

NATO Türkiyə ilə ABŞ-ın Mənbic razılaşmasını alqışlayır

Dünya xəbərləri Materials 6 İyun 2018 15:55 (UTC +04:00)
NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayır
NATO Türkiyə ilə ABŞ-ın Mənbic razılaşmasını alqışlayır

Bakı. Rufiz Hafizoğlu - Trend:

NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayır.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq bildirib ki, bu razılaşma Vaşinqton üçün də çox vacibdir.

Baş katibin sözlərinə görə, Türkiyə NATO-nun vacib tərəfdaşıdır və terrorçuluğa qarşı fəal mübarizə aparan ölkədir.

Qeyd edək ki, ötən gün ABŞ və Türkiyə Mənbiclə bağlı “yol xəritəsi”ni razılaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti