...

Havayda vulkan püskürməsi nəticəsində 23 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 17 İyul 2018 08:05 (UTC +04:00)
Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində "basketbol topu boyda lava" gəmiyə düşüb
Havayda vulkan püskürməsi nəticəsində 23 nəfər xəsarət alıb

Bakı. Trend:

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində "basketbol topu boyda lava" gəmiyə düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində gəmidə olan 49 sərnişindən 23-ü müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan birinin ayağı sınıb, digərləri isə yanıq xəsarətləri alıb.

Qeyd edək ki, Kilauea vulkanı Yer kürəsində ən aktiv vulkanlardan biridir. Onun son püskürməsi 1983-cü il yanvarın 2-də başlayıb və indiyə qədər davam edir. Bu ilin may ayında vulkanın aktivləşməsində sonra 10 minə yaxın sakin təxliyəedilmişdi, 700-dən artıq ev məhv olmuşdu.

Havay arxipelaqı vulkanın püskürməsi nəticəsində öz ərazisinin azı 2 kvadrat kilometr artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti