Bakı. Trend:
Parisdə avtomobil yollarına bu payız küçələri daha sakit və isti havada daha sərin edəcək yol örtüyü döşənəcək.
Trend-in məlumatına görə, yeni örtük işığı əks etdirəcək və səsi azaldacaq. Belə örtük artıq Fransanın avtomagistrallarında istifadə edilir. Hazırda alimlər örtüyün intensiv şəhər trafikinə dözməsi üçün onu daha davamlı edir.
Yeni yol örtüyü ilk öncə Parisin mərkəzi küçələrində istifadə ediləcək: Lekurb, Fermikur və Kursel.