...

Ərdoğan: Türkiyə Aİ-nin bir sıra ölkələrilə münasibətləri yaxşılaşdırmağa ümid edir

Dünya xəbərləri Materials 5 Sentyabr 2018 09:00 (UTC +04:00)
Türkiyə Avropa İttifaqının bir sıra ölkələri ilə münasibətləri yaxşılaşdırmağa ümid edir
Ərdoğan: Türkiyə Aİ-nin bir sıra ölkələrilə münasibətləri yaxşılaşdırmağa ümid edir

Bakı. Trend:

Türkiyə Avropa İttifaqının bir sıra ölkələri ilə münasibətləri yaxşılaşdırmağa ümid edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

Türkiyə Prezidenti bildirib: "Türkiyənin Avropa İttifaqı ilə, bəzi ölkələri istisna olmaqla, münasibətlərinin yaxşılaşması üçün imkan var. Bu ayın sonunda Almaniya Kansleri Angela Merkel ilə Türkiyə-Almaniya münasibətlərində bir çox mövzunu müzakirə etmək imkanımız olacaq. Almaniya Aİ-də həqiqətən də xeyli əhəmiyyətli mövqeyə malikdir".

Eyni zamanda Türkiyə Prezidenti Avropa İtifaqını qaçqınlar üzrə sazişə dair öhdəliklərini yerinə yetirməməsinə görə tənqid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti