...

Filippində "əkizlər adası" tapılıb

Maraqlı Materials 24 Sentyabr 2018 12:05 (UTC +04:00)
Filippinin Alabat adasında çoxlu əkiz aşkar edilib
Filippində "əkizlər adası" tapılıb

Bakı. Trend:

Filippinin Alabat adasında çoxlu əkiz aşkar edilib.

Trend-in məlumatına görə, adada 100 cüt əkiz yaşayır.

Onlardan ən gənci 4 aylıq, ən yaşlısı 80 yaşındadır. Təkcə 2015-ci ildə adada 12 cüt əkiz doğulub.

Alimlər bu hadisənin genetik amillə yox, ətraf mühitlə əlaqələndirirlər. Qeyd olunur ki, hazırda mütəxəssislər bölgədə içməli suyun tərkibini tədqiq edir.

Dünyada Alabat adasından daha çox əkizin yaşadığı bölgə Hindistanın cənub-qərbindəki Kodinhi kəndidir. Bu kənddə 350 cüt əkiz yaşayır. Mütəxəssislər bu anomaliyanı da izah edə bilmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti