...

Türkiyədə tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib

Dünya xəbərləri Materials 10 Oktyabr 2018 09:02 (UTC +04:00)
Türkiyənin Bursa şəhərində yerləşən tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib
Türkiyədə tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib

Bakı. Trend:

Türkiyənin Bursa şəhərində yerləşən tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ürəkbulanma hiss edən 4 tələbə xəstəxanaya müraciət edib. Tələbələrdə qida zəhərlənməsi qeydə alınıb. Bundan sonra tələbə yataqxanasına çoxlu sayda təcili yardım briqadaları göndərilib.

Yataqxanada daha 13 nəfərdə qida zəhərlənməsi qeydə alınıb. Onlar xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra 8 tələbə evə buraxılıb, 9-u isə həkim nəzarəti altında saxlanılır.

İstifadə olunan qidadan ekspertiza üçün nümunələr götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti