...

Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 29 Noyabr 2018 04:35 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Sinat-Haftani və Hakurk rayonlarına hava zərbələri endiriblər
Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Sinat-Haftani və Hakurk rayonlarına hava zərbələri endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Bildirilir ki, məhv edilən terrorçular Türkiyənin hərbi bazalarına hücumlar hazırlayırmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti