Bakı. Trend:
Niderlandın Rotterdam şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Niderland polisinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Rotterdamın polis əməkdaşları xüsusi bölmələrin dəstəyi ilə 4 nəfərin saxlanılmasını həyata keçiriblər. Onlar terror xarakterli cinayətin hazırlanmasında şübhəli bilinirlər".
Bildirilir ki, yaxın günlərdə araşdırmalar aparılacaq. Araşdırmalar zamanı əsas diqqət terror təhlükəsinin xarakterinin və miqyasının öyrənilməsinə yetiriləcək.