Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında çökən 8 mərtəbəli binanın dağıntıları altından 5 yaşlı qız uşağı çıxarılıb.
Trend-in məlumatına görə, binanın dağıntıları altında qalan digər şəxslərin xilas edilməsi üçün xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, fevralın 6-da binanın çökməsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xilas edilib. Dağıntılar altında ümumilikdə 43 nəfərin olduğu ehtimal edilir.