...

İsrail tankları Suriyada xəstəxananı dağıdıb

Dünya xəbərləri Materials 11 Fevral 2019 23:55 (UTC +04:00)
Suriyanın Kuneytra vilayətinin xəstəxanası İsrail tanklarının açdığı atəş nəticəsində dağıdılıb.
İsrail tankları Suriyada xəstəxananı dağıdıb

Bakı. Trend:

Suriyanın Kuneytra vilayətinin xəstəxanası İsrail tanklarının açdığı atəş nəticəsində dağıdılıb.

Trend xəbər veriri ki, bunu ölkənin dövlət telekanalı bildirib. Qeyd olunur ki, hücuma həmçinin digər obyektlər də məruz qalıb.

"Hücumun məqsədi Kuneytra xəstəxanası olub, o, bir neçə tank mərmiləri ilə dağıdılıb. Hücuma həmçinin Cubata əl-Haşab rəsədxanası da məruz qalıb", - deyə İhbariyyə telekanalı bildirib.

Vilayətin qubernatoru Hamma Dbayat bildirib ki, İsrail tankları Kuneytra istiqamətində 5 mərmi buraxıb və onların hamısı Cubata əl-Haşab meşələri ərazisində düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti