...

Şarm-əş-Şeyxdə ƏDL-Aİ sammiti başlayacaq

Dünya xəbərləri Materials 24 Fevral 2019 11:58 (UTC +04:00)
Misirin Şarm-əş-Şeyx şəhərində ilk Ərəb Dövlətləri Liqası (ƏDL) və Avropa İttifaqı (Aİ) sammiti keçiriləcək
Şarm-əş-Şeyxdə ƏDL-Aİ sammiti başlayacaq

Bakı. Trend:

Misirin Şarm-əş-Şeyx şəhərində ilk Ərəb Dövlətləri Liqası (ƏDL) və Avropa İttifaqı (Aİ) sammiti keçiriləcək.

Trend-in məlumatına görə, iki gün davam edəcək sammitdə təxminən 50 ölkənin liderləri, hökümət, XİN rəhbərləri və rəsmi nümayəndələrinin iştirakı gözlənilir.

Sammit iştirakçıları siyasi, iqtisadi, sosial, ekoloji problemlərin həllində əməkdaşlığın genişləndirilməsi yollarını və təhlükəsizlik üçün təhdidləri müzakirə edəcəklər.

Sammiti Misir prezidenti Əbdülfəttah Əs-Sisi açacaq. Ərəb Dövlətləri Liqası tərəfindən sammitdə təşkilatın baş katibi, Bəhreyn və Səudiyyə Ərəbistanı kralları, Küveyt əmiri, Cibuti, İkaq, Yəmən, Fələstin, Somali, Tunis prezidentləri, Liviya və Livanın baş nazirləri.

Avropa İttifaqı tərəfindən sammitdə Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeri, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Almaniya və Avstriya kanslerləri Angela Merkel və Sebastyan Kurtz, Rumıniya prezidenti Klaus Yoxannis, Belçika, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Danimarka, İtaliya, Kipr, Niderland, Portuqaliya, Çexiya, İsveç və bir neçə digər ölkələrin baş nazirləri, İspaniya və Fransa XİN rəhbərlərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti