...

Taylandda 7 bomba partlayıb

Dünya xəbərləri Materials 10 Mart 2019 20:43 (UTC +04:00)
Taylandın Sathun və Phatthalunq vilayətlərində 7 əldəqayırma bomba partlayıb.
Taylandda 7 bomba partlayıb

Bakı. Trend:

Taylandın Sathun və Phatthalunq vilayətlərində 7 əldəqayırma bomba partlayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində yaralanan olmayıb. Daha 7 qurğu təhlükəsizlik qüvvələri tərəfindən tapılıb və zərərsizləşdirilib.

Partlayışlar nəticəsində yalnız bir neçə bina, o cümlədən Sathun vilayətinin polis idarəsi zərər çəkib.

Polis hesab edir ki, partlayışların arxasında terrorçu-separatçılar, siyasətçilər və ya mütəşəkkil cinayətkar qrupları dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti