...

Hindistanın şərqində siklon səbəbindən 1 milyon insan təxliyə edilib

Dünya xəbərləri Materials 3 May 2019 08:46 (UTC +04:00)
Hindistanın Odişa ştatının ərazisindən keçən 220-dən artıq qatar reysi ştata yaxınlaşan "Fani" siklonu səbəbindən ləğv edilib
Hindistanın şərqində siklon səbəbindən 1 milyon insan təxliyə edilib

Bakı. Trend:

Hindistanın Odişa ştatının ərazisindən keçən 220-dən artıq qatar reysi ştata yaxınlaşan "Fani" siklonu səbəbindən ləğv edilib.

Trend-in məlumatına görə, Hindistanın Mülki Aviasiya İdarəsi Bhubaneşvar şəhərində hava limanının bağlanılması haqqında bəyan edib, bu gün Kalkutte şəhərinin də hava limanı bağlanacaq.

Bildirilir ki, Odişa ştatının hakimiyyəti 1 milyon insanı təxliyə edib. Onlar müvəqqəti məskunlaşma düşərgələrində yerləşdirilirlər.

Qeyd edək ki, "Fani" sikloni Benqal körfəzi tərəfindən ştata yaxınlaşır. Meteoroloq proqnozuna əsasən, siklon bu gün ştata çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti