...

Brüsseldən Moskvaya olan təyyarə reysi təxirə salınıb - SƏBƏB?

Dünya xəbərləri Materials 16 May 2019 13:37 (UTC +04:00)
Brüsseldən Moskvaya uçan "Aeroflot"un reysi təxirə salınıb.
Brüsseldən Moskvaya olan təyyarə reysi təxirə salınıb - SƏBƏB?

Bakı. Trend:

Brüsseldən Moskvaya uçan "Aeroflot"un reysi təxirə salınıb. Trend-in məlumatına görə, bu, Belçikada dispetçerlərin tətili ilə əlaqədardır.

Qeyd olunur ki, ümumilikdə Brüsselin "Zaventem" hava limanında artıq 60-dan çox reys təxirə salınb. Tətil səhər saat 9:30-dan 13:00-a qədər təyin olunub.

Belçikanın digər aeroportarında təxirə salınan reyslərin dəqiq sayı hələ ki qeyd edilmir.

Xatırladaq ki, aeroport əməkdaşları iş rejiminin ağır olmasından narazı olduqları üçün tətil elan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti