...

Meksikada avtobus yük maşınına çırpılıb: 5 ölü, 20 yaralı

Dünya xəbərləri Materials 31 May 2019 03:11 (UTC +04:00)
Meksikanın Duranqo ştatında avtobus yük maşınına çırpılıb
Meksikada avtobus yük maşınına çırpılıb: 5 ölü, 20 yaralı

Bakı. Trend:

Meksikanın Duranqo ştatında avtobus yük maşınına çırpılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 5 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlara tibbi yardımın göstərilməsi üzrə əməliyyat keçirilir. Qəzanın səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, mayın 29-u Meksikanın Verakrus ştatında ağır yol qəzası baş verib. Qəza nəticəsində 21 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti