...

Həbib Nurməhəmmədov UFC ilə yeni müqavilə imzalayıb

Dünya xəbərləri Materials 5 İyun 2019 06:10 (UTC +04:00)
Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə imzalayıb
Həbib Nurməhəmmədov UFC ilə yeni müqavilə imzalayıb

Bakı. Trend:

Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə "ESPN" telekanalı xəbər verib.

Qeyd edilir ki, müqavilə bir neçə döyüş üçün nəzərdə tutulub. Müqavilənin digər təfərrüatları açıqlanmır.

Sənəddə kanadalı Jorj Sen-Pyerin UFC-yə qayıdacağı təqdirdə H.Nurməhəmmədovun onunla döyüşmə ehtimalının olmasına dair maddə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti