...

Silahlılar Suriyanın 2 əyalətini və 1 şəhərini atəşə tutublar

Dünya xəbərləri Materials 8 İyun 2019 08:55 (UTC +04:00)
Silahlılar Suriyanın Hama, Latakiya əyalətlərini və Hələb şəhərini atəşə tutublar
Silahlılar Suriyanın 2 əyalətini və 1 şəhərini atəşə tutublar

Bakı. Trend:

Silahlılar Suriyanın Hama, Latakiya əyalətlərini və Hələb şəhərini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin bildirib: "Ötən sutka ərzində silahlılar Latakiya əyalətinin İkko, Cubb-əz-Zərur (iki dəfə), Əl-Əreymi, Tel-Mevazi, Safsafa, Mamuhiyyə, Kinsibba, Aç-Baer, Nahşebba və Ayn-Əl-Həmmam yaşayış məntəqələrini, Hama əyalətinin Karkad və Kara-Curn yaşayış məntəqələrini, Hələb şəhərinin isə Əl-Hamdaniyyə və Əl-Zəhra rayonlarını atəşə tutublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti