...

Fil Dişi Sahilində avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 23 İyun 2019 17:26 (UTC +04:00)
Fil Dişi Salihində İspaniyadan olan tələbələri daşıyan avtobus qəzaya uğrayıb
Fil Dişi Sahilində avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. Trend:

Fil Dişi Salihində İspaniyadan olan tələbələri daşıyan avtobus qəzaya uğrayıb.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qəza nəticəsində bir nəfər həlak olub, daha 10 nəfər isə yaralanıb.

Ölən şəxs Barselonada "Mayor Bonaigua" kollecinin direktor müavini olub. Bildirilir ki, tələbələr yaxın vaxtda Fil Dişi Sahilinin paytaxtı Abican şəhərinə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti