...

Tanzaniyada 6,5 mindən artıq insan denge qızdırmasına yoluxub

Dünya xəbərləri Materials 28 İyul 2019 08:53 (UTC +04:00)
Tanzaniyada 6677 nəfər denge qızdırmasına yoluxub
Tanzaniyada 6,5 mindən artıq insan denge qızdırmasına yoluxub

Bakı. Trend:

Tanzaniyada 6677 nəfər denge qızdırmasına yoluxub.

Trend-in "Mwananchi" qəzetinə isitnadən verdiyi məlumata görə, bunu Tanzaniyanın səhiyyə, icma və gender inkişafı, uşaqların və ahılların hüquqlarının müdafiəsi naziri Umma Mvalimu deyib.

U.Mvalimu bildirib: "Ümumilikdə denge qızdırmasına yoluxan 13 nəfər dünyasını dəyişib. Yalnız Dar-əs-Salam vilayətində 6631 nəfər denge qızdırmasına yoluxub və 11 nəfər ölüb".

Onun sözlərinə görə, xəstəliyin yayılmasının sürəti azalıb: "İyun ayında denge qızdırmasına yoluxanların sayı 536 nəfər təşkil edib, iyulun əvvəlindən isə yalnız 6 yoluxma halı qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti