...

Fransada yüksək sürətlə maşın idarə edən xarici turistlər saxlanılıb

Dünya xəbərləri Materials 12 Avqust 2019 20:32 (UTC +04:00)

Bakı. Trend:

Fransa jandarmaları beş "Porsche" avtomobili ilə yüksək sürətlə sürən xarici turistləri cərimələyiblər.

Trend-in məlumatına görə, onlar jandarmalar tərəfindən 750 avro məbləğində cərimələniblər və sürücülük vəsiqələrindən məhrum ediliblər.

Qayda pozucularının milliyyəti barədə məlumat verilməyib. Lakin "BFMTV" telekanalı bildirib ki, söhbət 27-37 yaş arası Koreyalı turistlərdən gedir.

Turistləri tutan polislər "Renault Megane RS" markalı avtomobili idarə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti