...

Hollandiya millisinin sabiq futbolçusu Sneyder karyerasını bitirib

Dünya xəbərləri Materials 12 Avqust 2019 23:35 (UTC +04:00)
Hollandiya milli futbol komandasının keçmiş yarımmüdafiəçisi 35 yaşlı Uesli Sneyder idman karyerasını bitirib
Hollandiya millisinin sabiq futbolçusu Sneyder karyerasını bitirib

Bakı. Trend:

Hollandiya milli futbol komandasının keçmiş yarımmüdafiəçisi 35 yaşlı Uesli Sneyder idman karyerasını bitirib.

Trend-in məlumatına görə, bu barədə "Goal.com" portalı bildirib.

2018-ci ildən etibarən futbolçu Qətərin "Əl Garafa" klubunda çıxış edib. U.Sneyder ötən mövsümdə 11 matç keçirib, 6 qol vurub və bir ötürmə verib.

Sneyder eyni zamanda Hollandiyanın "Ajax", İspaniyanın "Real", İtaliyanın "İnter", Türkiyənin "Qalatasaray" və Fransanın "Nice" klublarında da çıxış edib.

Niderland yığmasında çıxışı zamanı o Dünya çempionatında gümüş (2010) və bürünc (2014), Avropa çempionatında (2004) bürünc medal qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti