Bakı. Trend:
Baham adaları hakimiyyəti "Dorian" qasırğası səbəbiylə ən az 30 adamın arxipelaqda öldüyünü müəyyən edib.
Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalının efirində ölkənin baş naziri Hyubert Minnis deyib.
H. Minnis qeyd edib: "Polis rəisi ilə cəmi bir saat əvvəl danışmışam, ölənlərin sayı hazırda 30-a çatıb".
Xatırladaq ki, daha əvvəl 20 nəfərin həlak olması barədə məlumat verilmişdi.
Minnis öncə ABŞ prezidenti Donald Trump ilə telefonla danışdığını söyləyib. Vaşinqtonun Baham adalarına yardım etməsini müzakirə ediblər.